Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var

Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

Referans Media  APA-ya istinadən xəbər verir ki, hadisə "TOT Oil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı, 77-FE-478 dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurulan zaman nəqliyyat vasitəsinin yanacaq çənində yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri, eləcə də yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabdakı yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kolonkanın idarəetmə lövhəsi də qarsalanıb.

Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki