image-xamenei-1backend

“Hizbullah”dan ABŞ və israilə xəbərdarlıq: Əgər Xamenei vurulsa…

Livanın Hizbullah hərəkatının rəhbərliyi ABŞ-ın İrana mümkün zərbələri ilə bağlı mövqeyini açıqlayıb.

Hərəkat lideri AFP agentliyinə bildirib ki, ABŞ tərəfindən İrana qarşı məhdud xarakterli zərbələr olacağı təqdirdə təşkilat münaqişəyə birbaşa müdaxilə etməyəcək.

Bununla belə, o vurğulayıb ki, İranın ali dini lideri Əli Xamenei hədəfə alınarsa, bu addım “qırmızı xətt” sayılacaq.

Hizbullah nümayəndəsi Xameneiyə qarşı mümkün hücuma hansı konkret tədbirlərlə cavab veriləcəyini açıqlamayıb.

Bundan əvvəl “Reuters” agentliyi Təl-Əvivin Beyruta xəbərdarlıq etdiyi barədə məlumat yayıb. Məlumata görə, əgər Hizbullah ABŞ və İran arasında mümkün müharibəyə qoşulsa, İsrail Livan ərazisinə zərbələr endirəcək.

Mümkün hücumların hədəfləri arasında mülki infrastruktur obyektləri, o cümlədən Beyrut beynəlxalq hava limanı da ola bilər. Regionda artan gərginlik Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma riskini yenidən gündəmə gətirib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki