Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər ölkənin cənub-qərbindəki Moxa şəhəri yaxınlığında qoşunların mövqelərinə və silah anbarlarına ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbə endirdiklərini bəyan ediblər.
Referans Media xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriyənin "Telegram" kanalında yayımlanan açıqlamasında bildirilib.
Bəyanatda Yəmən Silahlı Qüvvələrinin (husilərin) Moxa bölgəsində Səudiyyə qüvvələrinin cəmləşdiyi ərazilərə və silah anbarlarına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirdiyi qeyd olunub./Musavat.com
