“Möhtəşəm yüz il” serialındakı rolları ilə böyük şöhrət qazanan Halit Ergenç və Məryəm Üzərli 15 ildən sonra yenidən kamera qarşısına keçiblər.
Referans MEDİA bildirir ki, məşhurlar bu dəfə “İmroz’da Bahar” filmində baş rolları bölüşüblər.
Filmin yayımlanan ilk afişası Ergenç və Üzərlinin canlandırdığı obrazlar arasında ehtiraslı sevgi hekayəsinin yaşanacağından xəbər verib. Ardınca aktyorların birlikdə sirtaki rəqsi etdiyi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Uzun illərdən sonra iki məşhur aktyoru eyni ekran işində görmək onların pərəstişkarlarını da sevindirib.
“İmroz’da Bahar” filmi Gökçeadada yolları kəsişən iki insanın həyatından bəhs edir. Ekran işində qəhrəmanların sevgidə ikinci şans əldə etməsi və aralarında yaranan romantik münasibət tamaşaçılara təqdim olunacaq.
Film “Sky Film” və “Vanguart”ın birgə istehsalıdır./Lent.az
