Rusiyada maraqlı hadisə baş verib.
Referans Media "Mash na volne" Teleqram kanalına istinadən xəbər verir ki, Sevastopolda yol hərəkəti qaydalarını pozduğuna görə yol müfəttişi tərəfindən saxlanılan sürücü qeyri-adi addım atıb. O, protokolu məhv etmək üçün kağızı yeyib.
"Qaqarinski Rayon Məhkəməsindən təqdim olunan məlumata görə, insident Sevastopolda baş verib. Polis əməkdaşı sürücünü yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb. Məsul şəxs protokolu tərtib edərkən sürücü nizamsız davranıb, qolları ilə qəribə hərəkətlər edib və qaçmağa çalışıb. Müfəttiş inzibati xəta protokolunu yazdıqdan sonra isə sürücü protokolu götürüb və yeyib", -məlumatda qeyd edilib.
Cərimə protokolunun məhv edilməsinə baxmayaraq, məhkəmə həmin şəxsi günahkar hesab edib. Qaqarinski Məhkəməsi qayda pozan sürücünü 2000 rubl cərimələyib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.//publika.az
