Qara dənizdə təhlükəli vəziyyət – Türkiyə hərəkətə keçdi

“Türkiyənin Qara dənizdə ticarət gəmilərinə hücumların qarşısını almaq üçün təklif etdiyi mexanizm hazırda Rusiya və Ukrayna ilə müzakirə olunur”.

Referans MEDİA xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti”yə bildirib.

Bildirilib ki, Ankara hələlik Moskva və Kiyevlə konkret razılaşma əldə etməyib.

“Mexanizmin detalları hələ konkretləşdirilməyib. Məsələ Moskva və Kiyevlə müzakirə mərhələsindədir. Hazırda konkret razılaşma yoxdur”, – mənbə qeyd edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya və Ukraynaya Qara dənizdə ticarət gəmilərinə zərbələrin qarşısını almaq üçün mexanizm yaradılmasını təklif etdiyini açıqlamışdı. Fidan Qara dənizdə münaqişənin artıq kommersiya gəmiçiliyinə də ciddi təhlükə yaratdığını demişdi./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki