Netanyahu Trampın planını rədd etdi – Əsas şərtini dedi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada münaqişənin nizamlanması ilə bağlı Sülh Şurasının planını rədd edib.

Referans MEDİA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat  yayıb.

Netanyahu bildirib ki, HƏMAS tamamilə tərksilah edilməyənədək İsrail hərbçiləri anklavdan çıxmayacaq.

“İsrail 15 bənddən ibarət sənədi rədd edir. HƏMAS tərksilah edilməyənədək İsrail Müdafiə Ordusu (ÇAXAL) heç bir geriçəkilmə həyata keçirməyəcək. HƏMAS-ın tərksilah edilməsindən danışarkən ağır və yüngül silahlar da daxil olmaqla bütün silahların təhvil verilməsini nəzərdə tuturuq. Söhbət formal deyil, real tərksilahdan gedir”, – Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, hazırda İsrail öz narahatlıqlarını ABŞ ilə müzakirə edir.

Onun sözlərinə görə, Təl-Əvivin mövqeyi qətidir və İsrail tərəfi Qəzza və ya İordan çayının Qərb sahilində Fələstin dövlətinin yaradılmasını qəbul etməyəcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurası Qəzza zolağında münaqişəyə son qoyulması ilə bağlı 15 bənddən ibarət geniş plan dərc etmişdi.

Sənəd Fələstin fraksiyalarının mərhələli şəkildə tərksilah edilməsini, Qəzzanın idarəçiliyinin Milli Qəzzanı İdarəetmə Komitəsinə (NQİK) verilməsini və İsrail qoşunlarının ərazidən çıxarılmasını nəzərdə tutur.

Lakin Netanyahu planı açıq şəkildə rədd edərək bildirib ki, İsrail ordusunun Qəzzadan çıxarılması yalnız HƏMAS-ın tam və real şəkildə tərksilah edilməsindən sonra mümkündür./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki