Bakıda yanacaq çənindəki yanğın söndürüldü – VİDEO/YENİLƏNİB FOTO / VİDEO

Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Referans Media-ya FHN Mətbuat xidmətinin məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 

Bakıda yanacaq çəni yanır.

Hadisə 8 Noyabr prospektində baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür./APA/

Bakıda yanacaq çəni yanır  - FOTO  - VİDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki