Kolumbiyada bu gün baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Referans Media xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Qeyd edək ki, Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.
Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb..Publika.az
