ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 175 mindən çox vizanı ləğv edib.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bildirilib ki, vizaların əksəriyyəti sahiblərinin hüquq pozuntularına görə ləğv edilib. Ən çox yayılmış səbəblər arasında hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər göstərilib. Bundan başqa təhlükəli avtomobil idarə etmə, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq, vəsaitlərin mənimsənilməsi və digər hüquq pozuntuları hallarında da vizalar ləğv edilib./Publika.az
