İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi – FOTO/VİDEO/YENİLƏNDİbackend

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi – FOTO/VİDEO/YENİLƏNDİ

  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

Referans xəbər verir ki, dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Referans xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

***

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Referans xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.  




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki