image-fenerbahceyi-eleyen-ilhan-palut-gozunu-simdi-de_6c229ad5d9_ampbackend

İlhan Palut “Fənərbaxça” ilə bağlı DANIŞDI: “Yenə qalib gəlmək istəyirik”

“Konyaspor”un baş məşqçisi İlhan Palut, “Fənərbaxça”nı Türkiyə Kubokundan kənarlaşdırdıqdan sonra açıqlama verib. O, qazanılan qələbədən məmnun olduğunu bildirərək, komandasının özünəinam qazandığını vurğulayıb.

Referans Media xəbər verir ki, İlhan Palut matçı dəyərləndirərək bildirib ki, qarşılaşmanın ilk hissəsində oyun balanslı keçib, hər iki komandanın hücum imkanları olub, lakin son mərhələdə məhsuldarlıq çatışmayıb. İkinci hissədə isə oyunun 70-ci dəqiqədən sonra daha çox “Fənərbaxça”nın nəzarətinə keçdiyini qeyd edib. Buna baxmayaraq, komandasının müdafiədə yaxşı oynadığını və böyük təhlükələrə imkan vermədiyini deyib.

Baş məşqçi əlavə edib ki, alınan qələbə komanda üçün həm yarımfinala yüksəlmək, həm də psixoloji baxımdan çox önəmlidir: “Fənərbaxça kimi güclü rəqibə qalib gəlmək özünəinamımızı artıracaq.”

İlhan Palut qarşıdakı liqa oyunlarına da toxunaraq bildirib ki, komanda əvvəlcə “Trabzonspor”, daha sonra isə yenidən “Fənərbaxça” ilə qarşılaşacaq: “Bu oyunlar bizim üçün test xarakterlidir. Hər iki matçda da qalib gəlmək istəyirik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki