İngiltərə Çempionşipinin 44-cü turunda “Lester Siti” öz meydanında Acun Ilıcalının sahibi olduğu “Hull City” ilə 2-2 hesablı heç-heçə edib. Bu nəticədən sonra “Lester Siti”nin aşağı liqaya düşməsi rəsmiləşib.
Referans Media xəbər verir ki, 2015-2016 mövsümündə Premyer Liqada sensasiyalı şəkildə çempion olan “Lester Siti” üçün bu nəticə böyük eniş kimi qiymətləndirilir.
“Hull City” 18-ci dəqiqədə Liam Milların qolu ilə önə keçib. “Lester Siti” 52-ci dəqiqədə Jordan Jamesin qolu ilə hesabı bərabərləşdirib. Ardınca 54-cü dəqiqədə Luke Tomas “Lester”i 2-1 önə keçirib.
Lakin üstünlük qorunmayıb. 63-cü dəqiqədə Oliver Makberni fərqlənərək hesabı 2-2 edib və matç bu nəticə ilə başa çatıb.
Bu heç-heçə ilə “Lester Siti” 42 xalda qalıb və mövsümün sonuna qədər vəziyyəti dəyişmək mümkün olmadığı üçün komandanın aşağı liqaya düşməsi dəqiqləşib.
Beləliklə, bir vaxtlar Premyer Liqa çempionu olan klub 2025–2026 mövsümündə aşağı diviziona yuvarlanıb.























