1964-cü il noyabrın 4-də Ruhullah Xomeyninin Türkiyəyə sürgün edilməsi onun mühacirət dövrünün və sonradan baş verəcək İslam İnqilabının ilk mərhələsi sayılır.
Referans Media xəbər verir ki, məlumata görə, Xomeyni əvvəlcə Ankaraya gətirilib və qısa müddət burada qaldıqdan sonra Bursaya köçürülüb.
Həmçinin qeyd olunur ki, Xomeyninin Türkiyədə 11 aylıq məcburi qalması ona dini-fiqhi baxışlarını toplamaq və kitab halına salmaq imkanı verib./KONKRET.az






















