İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi Niya ABŞ ilə əldə olunan atəşkəsin onlar üçün faktiki olaraq müharibə şəraitindən fərqlənmədiyini bildirib.
O, televiziya çıxışında qeyd edib ki, İran Silahlı Qüvvələri hər zaman döyüşə hazırdır və mövcud şəraitə görə bu il rəsmi hərbi parad keçirilməyəcək.
Sözçü əlavə edib ki, ordu rəhbərliyi mümkün quru hücumu halında qətiyyətli cavab verilməsi barədə göstəriş verib.
Əkrəmi Niya həmçinin İsfahanda ABŞ qüvvələrinin qarşısının alındığını iddia edərək, hava hücumundan müdafiə qüvvələrinin ABŞ-a məxsus hərbi təyyarəni vurduğunu və qarşı tərəfin geri çəkildiyini bildirib.























