"Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında səkkiz maddədən ibarət son saziş ABŞ-nin regiondakı strategiyasının uğursuzluğa uğradığını göstərir. Bunu ABŞ-dən almaq üçün 9 trilyon dollar neft gəliri xərcləyən BƏƏ indi yeni reallıqla üz-üzədir. Bu hadisələrin fonunda BƏƏ İrana vurulmuş zərəri əvəz etməlidir və hətta uzun illər ərzində bütün ərazisini İranın ixtiyarına verməli ola bilər."
Referans Media xəbər verir ki, bunu İran parlamentinin deputatı Hüseyn Əli Delicani deyib. Delicaninin sözlərinə görə, BƏƏ ABŞ-nin köməyi ilə təhlükəsizliyi təmin etməyə 9 trilyon dollar neft gəliri xərcləyib, lakin indi yeni reallıqla qarşılaşıb:
"BƏƏ İrana dəymiş zərəri ödəməlidir və hətta bütün ərazisini uzun illər müddətinə İranın sərəncamına verməsi istisna edilmir".
