Qazaxıstanda seçici fəallığı açıqlandı

Qazaxıstanın birpalatalı parlamenti - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 50%-i ötüb.

Referans Media  xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Şövkət Utemisov məlumat verib.

Onun sözlərinə görə, saat 14:00-a ölkə üzrə 6 milyon 696 min 2 seçici bülleten alıb. Bu, seçici siyahısına daxil edilən vətəndaşların 53,12 faizini təşkil edib.

Ən aşağı seçici fəallığı ölkənin ən böyük şəhəri Almatıda qeydə alınıb - 30,36 faiz. Ən yüksək göstərici isə Qızılorda vilayətində olub - 64,22 faiz. Paytaxt Astanada seçicilərin 40,92 faizi səs verib.

***

Qazaxıstanda Qurultaya (birpalatalı parlamentə) keçirilən səsvermədə seçici fəallığı 72%-i ötüb.

Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının katibi Şövkət Utemisov açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki