“Donald Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra milyardlarla dollar gəlir əldə edib”.
Referans Media xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Co Bayden deyib.
“Bu vəziyyət məni təəccübləndirir və ABŞ üçün utancverici haldır.
Trampın prezident olmaq istəməsinin əsas səbəblərindən biri məhz maliyyə qazancı əldə etmək olub.
Onun davranışı və fəaliyyəti ABŞ-ın beynəlxalq nüfuzuna xələl gətirir”, – deyə o bildirib./globalinfo.az
