image-iran-meclis-baskani-galibaf-abluka-kalkarsa_bb4b24048b_ampbackend

İran sərt mövqe sərgilədi: Hörmüz Boğazı açılmayacaq!

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən müddətsiz atəşkəslə bağlı mühüm açıqlamalar verib.

Referans Media xəbər verir ki, Qalibaf bildirib ki, həqiqi və davamlı atəşkəs yalnız bölgədəki hərbi gərginlik tam dayandırıldığı və dəniz blokadası aradan qaldırıldığı halda mümkündür. Onun sözlərinə görə, dünya iqtisadiyyatına təsir edən bu cür məhdudiyyətlər davam etdiyi müddətdə sülh real məna daşımır.

“Tam atəşkəs yalnız dəniz blokadası ləğv edildiyi və bütün münaqişə ocaqlarında təxribatlar dayandırıldığı halda mənalıdır. Hörmüz Boğazının açılması isə atəşkəsin açıq şəkildə pozulması ilə mümkün deyil,” – deyə Qalibaf vurğulayıb.

İran tərəfi hesab edir ki, hərbi təzyiq və iqtisadi blokada davam etdiyi şəraitdə diplomatik həll mümkün deyil. Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi məhdudiyyətləri sülh prosesinə maneə kimi qiymətləndirir.

Digər tərəfdən, Donald Tramp yaxın 36–72 saat ərzində danışıqlarda irəliləyiş ola biləcəyini iddia edib. Lakin İran Xarici İşlər Nazirliyi hələlik ABŞ ilə növbəti danışıqlarda iştirak qərarı vermədiyini açıqlayıb.

İran prezidenti də ölkəsinin dialoqa açıq olduğunu, lakin təhdid və sanksiyaların real danışıqlara imkan vermədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki