ABŞ və İran Pakistanın vasitəçiliyi ilə yekun razılaşma layihəsi üzərində razılığa gəliblər və razılaşma yaxın saatlarda rəsmi olaraq elan edilə bilər.
Referans Media xəbər verir ki, bu barədə “Belta” nəşri məlumat yayıb.
Bildirilir ki, razılaşma bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəs elan edilməsini, infrastruktura hücumların dayandırılmasını və Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün birgə monitorinq mexanizminin yaradılmasını tələb edir.
Bundan əlavə, razılaşma İranın razılaşma şərtlərinə əməl etməsi müqabilində sanksiyaların tədricən qaldırılmasını tələb edir.
Qeyd olunur ki, rəsmi açıqlama yaxın saatlarda verilə bilər və qalan həll olunmamış məsələlər üzrə danışıqların ən geci yeddi gün sonra başlaması gözlənilir./Globalinfo.az
