İranın cənubundakı Bəndər-Abbas şəhərindən sonra Sirik və Cask bölgələrində də partlayış səsləri eşidilib.
Yarı rəsmi “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, partlayışların səbəbi hələlik açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Hörmüzqan əyalətinə bağlı Bəndər-Abbas şəhərində də partlayış səslərinin eşidildiyi bildirilmişdi.
