İran Prezidenti Məsud Pezeşkian dövlət qurumları əməkdaşlarını həftədə azı bir gün şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.
Referans Media xəbər verir ki, Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.
O, ölkədə qənaət tədbirlərinin artırılmasının vacibliyini vurğulayaraq, bunun istehsal zəncirinin fəaliyyətinə mənfi təsir göstərməməli olduğunu bildirib.
“Çalışaq ki, qənaət etməklə istehsal zəncirinin qırılmasına imkan verməyək”, – İran prezidenti qeyd edib.
Pezeşkian həmçinin Tehran Bələdiyyəsinə dövlət əməkdaşlarının həftədə bir gün işə avtomobilsiz gəlməsini mümkünləşdirəcək şəraitin yaradılması ilə bağlı tapşırıq verib.
