Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.

Referans Media Report-a istinadla xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.

Məlumata görə, əslən Azərbaycanın Lənkəran rayonundan olan A.Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.

Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki