Tramp bütün sirlərin üstünü açdı - Dünya ŞOKda

ABŞ Prezidenti Donald Tramp İngiltərədəki ABŞ hərbi bazasında baş vermiş insidentlə bağlı mətbuata açıqlama verib.

Referans Media xəbər verir ki, Amerika lideri jurnalistlərə bildirib ki, Böyük Britaniyadakı həbslər fantastik şəkildə həyata keçirilib və onlar Britaniya ilə birlikdə əla iş görüblər.

"Biz onlardan ötrü araşdırma aparırdıq. Onlar bazamıza ciddi ziyan vurmağı planlaşdırırdılar və britaniyalılarla əməkdaşlıq çox effektiv oldu. Biz onları uzun müddət izlədik və nəticədə saxladıq", - deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, Britaniya polisinin məlumatına görə, terror aktı törətməyə hazırlıq şübhəsi ilə ABŞ-ın "Ferford" avtobazasının yaxınlığında beş nəfər saxlanılıb. "Ferford" Avropada ABŞ-ın strateji bombardmançı təyyarələrinin eniş etdiyi yeganə hərbi bazadır. Saxlanılan şəxslərə, həmçinin partlayıcı maddələr haqqında qanunu pozmaq ittihamı irəli sürülüb, lakin onlar barədə hələlik başqa təfərrüatlar açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki