Daha bir ölkə müharibəyə hazırlaşır – Rəsmən açıqlandı

Polşa Ukraynada yaradılması planlaşdırılan potensial Patriot raket istehsalı müəssisəsinin ölkə ərazisinə köçürülməsini təklif edib.

Referans Media xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka bildirib. Onun sözlərinə görə, Varşava təhlükəsizlik məsələlərini nəzərə alaraq Patriot raketlərinin istehsalı ilə bağlı layihənin Ukraynadan Polşaya köçürülməsini təklif edib.

Bununla yanaşı, Polşa ABŞ-dan ölkə ərazisində yeni hərbi baza yaradılması ilə bağlı qərar gözləyir. Bildirilir ki, bazada 5 minədək ABŞ hərbçisinin yerləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, ABŞ administrasiyasının Polşadakı hərbi mövcudluğuna dair strateji baxışının dekabrın 1-dək tamamlanmasından sonra yeni bazanın yaradılması ilə bağlı qərarın verilməsi gözlənilir./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki