"Barselona" Holannı transfer etmək üçün hərəkətə keçir

İspaniyanın "Barselona" klubu Erlinq Holannın transferi uğrunda mübarizədə ön sıraya keçməyə hazırlaşır.

Referans Media xəbər verir ki, "Mançester Siti"yə veriləcək böyük cəza səbəbindən norveçli hücumçu komandadan ayrılmaq qərarı verərsə, Kataloniya təmsilçisi əsas namizəd olacaq.

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Belə bir ssenari gerçəkləşəcəyi təqdirdə, Rodri keçmiş komanda yoldaşı ilə əlaqə saxlayaraq onu "Barselona"ya keçməyə razı salmağı planlaşdırır. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki