Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Referans Media Oxu.az-a istinadən xəbər verir ki, yaralanan şəxs tanınmış fotoqraf Aysun Həsənli və onun qızıdır.
Bu barədə onun həyat yoldaşı öz sosial hesabında paylaşım edib.
O qeyd edib ki, həyat yoldaşı Aysunun və qızının vəziyyəti stabildir.
