image-iran-92backend

İranda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürüldü

İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.

Referans Media APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Məşhəd şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinin 7 əməkdaşını öldürüb.

Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki