İran İsrailin yaşayış binalarını hədəf almaqda davam etməsi halında cavab zərbələrini gücləndirəcəyini açıqlayıb.
Bu barədə İranın adı açıqlanmayan rəsmisi “Tasnim” agentliyinə danışıb.
“Əgər İsrail bir daha İranda yaşayış binalarına hücum etməyə cəhd göstərsə, işğal olunmuş ərazilərdə (yəni İsraildə – red.) sionistlər üçün təhlükəsiz yer qalmayacaq”, – deyə o bildirib.
İran rəsmisi əlavə edib ki, indiyədək Tehran qəsdən İsrailin yaşayış məntəqələrini birbaşa hədəf almayıb.
“Amma israillilər növbəti axmaqlıq etsələr, biz onlara bircə təhlükəsiz nöqtə də buraxmayacağıq”, – o əlavə edib.
Qeyd edək ki, İranın səhiyyə naziri İsrailin son hücumları nəticəsində azı 1800 nəfərin yaralandığını açıqlayıb.//Globalinfo.az