“İsrail və İran arasında danışıqlar uğursuz olarsa, Tehran ABŞ-a kiberhücumlar, raket zərbələri endirə, Hörmüz boğazını bağlaya bilər”.
Referans xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
“İki həftəlik münaqişəyə baxmayaraq, İran hələ də inkişaf etmiş kiberhücum imkanlarına malikdir. Bundan əlavə, Tehranın ballistik raketlər ehtiyatı var və bu, Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi 19 obyektə qarşı istifadə oluna bilər. Digər tərəfdən, Ağ Ev ölkə daxilində terror fəaliyyətini də istisna etmir və bundan qorxur”, – deyə nəşr qeyd edib.
Qeyd edək ki, İsrail və İran arasında atəşkəs elan olunub.