İranlı deputatdan ŞOK ETİRAF: Moskva Tehrana bu silahları VERDİ

  Rusiya İrana “MiQ-29” qırıcıları və “S-400” zenit-raket kompleksləri tədarük edib.

Referans.az  xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbəlfəzl Zöhrəvənd “Təhririyə” Araşdırmalar İnstitutuna müsahibəsində bildirib:

“MiQ-29” artıq İrana gəlib, əhəmiyyətli sayda “Su-35″lər isə yoldadır. Çin istehsalı “HQ-9” zenit-raketləri də çoxlu sayda gəlir. “S-400″lər isə artıq gəlib”.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət İranın müdafiə potensialının gücləndirilməsini tələb edir.

Xarici düşmənlər yalnız güc dilini başa düşür və Tehran istənilən inkişafa hazır olmalıdır./Musavat.com  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki