image-fuze-husi-aa-2449450backend

İraqda evə PUA hücumu: 2 nəfər ölüb

İraqın Ərbil şəhərinə bağlı Zergezevi kəndində kamikadze pilotsuz uçuş aparatının (PUA) bir evə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.

Ərbil valisi Ümid Hoşnav bildirib ki, hücum zamanı kəndə 3 PUA göndərilib, onlardan biri evə, digərləri isə əkin sahələrinə düşüb. O qeyd edib ki, ərazidə hərbi obyekt olmayıb.

Vali əlavə edib ki, Ərbilə gün ərzində çoxsaylı raket və PUA hücumları edilib və indiyədək ümumilikdə 16 nəfər ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki