İraqda neft qaçaqmalçılığına görə yüksək vəzifəli şəxslər işdən çıxarılacaq

İraqın bir sıra əyalətlərində neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi gözlənilir.

Referans Media xəbər verir ki, “Al-Sumaria” telekanalının məlumatına görə, bunu İraqın Baş naziri Əli əz-Zeydinin müşaviri Əbdül Əmir ət-Tayban bildirib.

“Yaxın günlərdə neft qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilir”, – deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə İraq hökuməti və məhkəmə orqanları üçün heç bir “qırmızı xətt” yoxdur.

Ət-Tayban Baş nazirin indiyədək həyata keçirdiyi vəzifədən azadetmələrin aysberqin yalnız görünən hissəsi olduğunu, araşdırmalar yekunlaşdıqca yeni səs-küylü istefaların baş verəcəyini bildirib.

O əlavə edib ki, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır və cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanması yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir./Lent.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki