Təcili çıxın, yoxsa müharibə başlayacaq – Dağdələn

Almaniyanın Ağıl və Ədalət Alyansı (BSW) partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdələn ölkəsinin NATO-dan dərhal çıxmasını təklif edib.

Referans Media xəbər verir ki, o, “NachDenkSeiten” nəşrində dərc olunan məqaləsində Almaniyanın mövcud siyasətinin Rusiyaya qarşı hərbi qarşıdurma riskini artırdığını iddia edib.

Dağdələnin fikrincə, Şimali Atlantika Alyansı Ukraynadakı proksi müharibəsini Rusiya ilə açıq hərbi münaqişəyə çevirmək niyyətindədir.

“Onlar müharibəyə daha bir ölkəni cəlb etmək istəyirlər. Bu ölkə də Almaniyadır. Təklif edirəm ki, təcili olaraq ölkəmiz NATO-dan ayrılsın”, – o bildirib.

Siyasətçi həmçinin NATO-nun hazırda yalnız ABŞ-ın maraqlarını təmsil etdiyini iddia edib. Onun sözlərinə görə, alyansın Avropa üzvləri Vaşinqtonun hərbi siyasətinə cəlb olunurlar./Globalinfo.az 

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki