İsraildə Baş nazir Benyamin Netanyahunun hakimiyyətinə son qoymaq məqsədilə iki müxalif partiya arasında koalisiya razılaşması əldə olunub.
Referans Media xəbər verir ki, Qadi Eisenkotun rəhbərlik etdiyi Yaşar Partiyası ilə Yair Qolanın liderlik etdiyi Demokratlar Partiyası nazirliklərin bölüşdürülməsi və ittifaq sazişinin imzalanması barədə razılığa gəlib.
Razılaşmaya əsasən, Milli Təhlükəsizlik, Əmək və Sosial Xidmətlər, Rabitə, Mədəniyyət və İdman nazirlikləri Demokratlar Partiyasına veriləcək. Partiya Ədliyyə Nazirliyi ilə bağlı iddiasından geri çəkilib.
Koalisiya sazişində mübahisəli məhkəmə islahatlarının ləğvi, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması və ərəb icmasının hüquqlarının genişləndirilməsi də nəzərdə tutulur.
İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman isə Netanyahunun yeni hökumətin qurulmasına hər vasitə ilə mane olmağa çalışacağını bildirib. Onun fikrincə, Netanyahu Eisenkota növbəli baş nazirlik təklif edə və danışıqları uzadaraq ölkəni yenidən seçkilərə apara bilər.
Keçmiş baş nazir Naftali Bennett də Eisenkotun rəhbərliyi altında, Netanyahunun iştirakı ilə birlik hökuməti yaradılmasını təklif edib.
Bununla belə, koalisiya danışıqları davam edir. Eisenkotun digər siyasi qüvvələrlə də müzakirələr apardığı bildirilir.
