Zelenskidən Trampın Putinlə fotosuna SƏRT REAKSİYA

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Çində keçirilən son görüş zamanı çəkilmiş birgə fotosuna münasibət bildirib.

Referans Media  xəbər verir ki, Zelenski “BBC”yə verdiyi müsahibədə ABŞ liderinin həmin fotonu sosial şəbəkələrdə “Mənim dostum” qeydi ilə paylaşmasını sərt tənqid edib.


Ukrayna dövlət başçısı bildirib ki, bu ifadə İkinci Dünya müharibəsi dövrünün diktatoruna bəraət qazandırmaqla müqayisə oluna bilər: “Bu, eynilə kiminsə Hitler haqqında “o, yaxşı dostdur” deməsinə bənzəyir”.

Zelenski Putini ağır ifadələrlə ittiham edərək onun “dost” adlandırılmasının qəbuledilməz olduğunu vurğulayıb: “Putin təcavüzkar və qatildir. O, XXI əsrə faşizm gətirib. O, dost ola bilməz. Sadəcə ola bilməz. Biz qatilə necə baxa bilərik ki, ABŞ-də isə onun “yaxşı dost” olduğunu deyirlər? Xeyr, o, dost deyil”.

Onun sözlərinə görə, Trampın Putinlə şəxsi münasibətləri ola bilər, lakin bu cür ictimai bəyanatlar yaxınlarını itirmiş ukraynalı ailələrə ağır mənəvi ağrı yaşadır./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki