Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən ünvana FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib, sözügedən avtomatik çəpərləmə qurğusu aradan qaldırılıb.
Referans Media bildirir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən məlumat verilib.
***2026-08-04 saat 17:36
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 88 ünvanında küçənin girişinə şlaqbaum quraşdırılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, bu səbəbdən taksi xidmətləri həyətə daxil ola bilmir, həmçinin şəxsi avtomobillə giriş-çıxışda da ciddi çətinlik yaranıb.
"Məhlənin girişi işıqfordur, yol kənarında da dayanacaq var, ona görə məhləyə daxil olmadan yol kənarında maşın saxlamaq da olmur", - deyə şikayətçi vurğulayıb.
Ərazidən görüntüləri təqdim edirik:
