Rusiyada avtomobil piyadaları əzdi - ANBAAN VİDEO

Rusiyada sürücü avtomobili piyadaların üzərinə sürdü: 8 yaralı var – VİDEO

Rusiyanın Omsk şəhərində sürücü avtomobil piyadaların üzərinə sürüb.

Referans Media  xəbər verir ki, "Lada Granta" markalı avtomobilin 64 yaşlı sürücüsü yolayrıcında idarəetməni itirərək piyadaların dayandığı təhlükəsizlik adacığına çıxıb və bir qrup piyadanı vurub.

Regional polis idarəsinə istinadən yerli medianın yaydığı məlumata görə, sürücü də daxil olmaqla səkkiz nəfər xəsarət alıb.

Onların hamısı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisə yerindədir və insidentin təfərrüatları araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki