İranın idman və gənclər naziri Əhməd Dünyamalı bu gün Azərbaycana səfər edib.
Referans Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfər çərçivəsində iranlı rəsminin Azərbaycan tərəfi ilə danışıqlar aparacağı gözlənilir.
Əsas məqsəd iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir./"Yeni Sabah"/
