İsmayıllıda yük maşını çobanı vurdu, onlarla qoyun tələf oldubackend

İsmayıllıda yük maşını çobanı vurdu, onlarla qoyun tələf oldu

  İsmayıllıda yük maşını çobanı vurub, onlarla qoyun tələf olub.

Referans Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “KamAZ” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki