İran ABŞ-ı hədələdi: “Davam edəcəyik!”backend

İran ABŞ-ı hədələdi: “Davam edəcəyik!”

  Tehran Vaşinqtonun hücumlarına cavab verməkdə davam edəcək, lakin eyni zamanda diplomatiyaya dönüş üçün kifayət qədər rasional davranmağa da hazırdır.

Bu barədə “Reuters” agentliyinə danışan iranlı rəsmilərdən biri məlumat verib.

“Bizdə diplomatiyaya qayıtmaq üçün lazım olan rasional yanaşma var, lakin əvvəlcə təcavüzkar cəzalandırılmalıdır”, – deyə rəsmi qeyd edib.

Onun sözlərinə görə, əgər ABŞ həqiqətən danışıqlarda maraqlıdırsa, İsrail və Amerika tərəfindən edilən hücumlar dərhal dayandırılmalıdır./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki