Rusiya və İran arasında telefon danışığı: Nasirzadə sərt mesaj verdi backend

Rusiya və İran arasında telefon danışığı: Nasirzadə sərt mesaj verdi 

  İranın müdafiə naziri Əmir Nasirzadə Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.

Bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Nasirzadə söhbət zamanı Rusiyaya dəstəyə görə təşəkkür edib və bildirib ki, İran təkcə sionist rejimlə deyil, həm də ABŞ və onun bu rejimi dəstəkləyən tərəfdarları ilə mübarizə aparır.

“Bizim qərarımız aydındır – təcavüzkarı bütün vasitələrlə cəzalandıracağıq. Bizə zorla qəbul etdirilən heç bir sülhü qəbul etməyəcəyik”, – deyə İranın müdafiə naziri əlavə edib.
//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki