Türkiyə MN: İranın raket zərbələri fonunda ordumuza təhlükə yoxdurbackend

Türkiyə MN: İranın raket zərbələri fonunda ordumuza təhlükə yoxdur

  Türkiyə Milli Müdafiə Nazirliyi İranın Qətər və İraqdakı ABŞ bazalarına endirdiyi raket zərbələri ilə bağlı açıqlama yayıb.

Referans xəbər verir ki, nazirlik bölgədə yerləşən Türkiyə Silahlı Qüvvələrinin birlik və qüvvələrində hər hansı mənfi hal qeydə alınmadığını bildirib.

“İran tərəfindən Qətər və İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumları həyata keçirilib. Bu hücumlarla bağlı bölgədə yerləşən birliklərimizdə hər hansı olumsuz vəziyyət yoxdur. Lazımi təhlükəsizlik tədbirləri görülüb və proseslər diqqətlə izlənir”, – açıqlamada qeyd olunub./globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki