ABŞ yaxın bir-iki gün ərzində İrandan hücumlara cavab gözləyir.
Referans xəbər verir ki, bu barədə “Reuters” adını açıqlamadığı iki mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirir ki, İran ABŞ-ın Yaxın Şərqdəki mövqelərini vura bilər. Qeyd edək ki, ABŞ-ın regionda 40 min hərbçisi var.
Bununla yanaşı, agentliyə açıqlama verən mənbələr Vaşqintonun İranın hücumlarından yayınmaq üçün mövcud vəziyyəti diplomatiya ilə həll etməyə çalışdığını qeyd ediblər.
Xatırladaq ki, iyunun 22-də ABŞ Prezidenti Donald Tramp İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana zərbələr endirdiyini açıqlamışdı.//Globalinfo.az