İsrail əməliyyata başladı: “Hizbullah”ın 100-dən çox obyekti məhv edildi

İsrail qoşunları Livanın cənubunda Litani çayını keçərək əvvəllər müəyyən edilən nəzarət xəttindən kənara çıxıb.

 Bu barədə CNN İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Ordunun məlumatına görə, “Qolani” briqadasının bölmələri Litani bölgəsində operativ nəzarət yaratmaq məqsədilə əməliyyat həyata keçirir. Döyüşlər zamanı İsrail “Hizbullah”la əlaqəli olan 100-dən çox obyektə zərbələr endirib.

Mart ayında İsrailin müdafiə naziri İsrael Katz ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün Litani çayınadək təhlükəsizlik zonası yaradılması ilə bağlı niyyətini açıqlayıb. İsrail qüvvələrinin hazırkı irəliləyişi atəşkəsin başlanmasından sonra ordunun bu sərhədləri ilk dəfə aşması kimi qiymətləndirilə bilər.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki