İtkin düşən məşhur aktyordan acı xəbər: meyiti tapıldı, cinayət şübhəsi var

"Netflix" platformasında yayımlanan “Virgin River” serialı ilə tanınan 45 yaşlı aktyor və prodüser Stüart Maklin Kanadada ölü halda tapılıb.

Referans Media xəbər verir ki, 15 may tarixindən etibarən itkin düşən aktyorla bağlı axtarışlar aparılırdı. Onun cansız bədəni Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən "Lions Bay" bölgəsində aşkar edilib.

Kanada Kral Atlı Polisi(RCMP) tərəfindən aparılan ilkin araşdırmalardan sonra hadisə İnteqrasiya olunmuş Cinayət Axtarış Qrupuna (IHIT) ötürülüb. İstintaq zamanı əldə edilən ilkin məlumatlar aktyorun ölümündə cinayət ehtimalını gücləndirib.

Rəsmilər hadisənin ətraflı araşdırıldığını və Stüart Maklinin son günlərdəki hərəkətlərinin, əlaqələrinin və görüntülərinin diqqətlə analiz edildiyini bildiriblər. Ətraf ərazilərdə yerləşən təhlükəsizlik kameralarının görüntüləri də istintaqa cəlb olunub.

Aktyorun dəqiq ölüm səbəbi isə aparılacaq məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki