“Miss Universe 2025”lə bağlı qalmaqallar artdıqca, müsabiqədən daha bir nəfərin imtina etdiyi xəbəri gəlib. Fil Dişi Sahilini təmsil edən Oliviya Yace, “Kainat Gözəli Afrika və Okeaniya” titulundan imtina etdiyini və “Kainat Gözəli” Komitəsi ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.
Referans MEDİA xəbər verir ki, noyabrın 21-də Banqkokda keçirilən yarışmada 5-ci yeri tutan Yace sosial mediada verdiyi açıqlamada çətinliklərə baxmayaraq böyük nailiyyətlər əldə edə biləcəyini gördüyünü, lakin öz dəyərlərinə sadiq qalmaq istədiyini bildirib.
Yace “Hörmət, şərəf, mükəmməllik və bərabər imkanlar mənim əsas prinsiplərimdir” deyərək gənc qızları ruhlandırmaq üçün bu addımı atdığını bildirib.
O, həmçinin qaradərililər, Afrika, Karib dənizi, Amerika və Afro-nəsilli icmalara çağırışını edib: “Heç kimin sizi müəyyən etməsinə və ya potensialınızı məhdudlaşdırmasına imkan verməyin”.
Yacenin bu qərarı Brigitta Şabakın ötən həftə açıqlamasından sonra baş verib. Builki “Miss Universe” müsabiqəsi böhranlı, təşkilatın tarixində nadir bir il olub. Hadisələr iştirakçılardan birinin səhnədən yıxılıb xəsarət alması, bir neçə münsifin istefa verməsi və Asiya-Okeaniya prezidenti Navat İtsaraqrisilin bütün iştirakçıların qarşısında Meksika Kainat Gözəli Fatima Boşu tənqid etməsi ilə bağlı videonun yayılması ilə geniş narazılığa səbəb olub.






















