“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan  Referans Media-ya  bildirilib ki, gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalanıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. İ.Piriyev 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debüt edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki