Livanın cənub bölgələrində gərginlik səngimir. Bu gün səhər saatlarında İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda yerləşən Kфар-Tebnit yaşayış məntəqəsi yaxınlığında avtomobilə zərbə endirib. Sözügedən ərazi İsrail ordusunun son günlər fəaliyyətini aktivləşdirdiyi Nəbatiyyə şəhəri yaxınlığında yerləşir.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, Livanın dövlət informasiya agentliyi hücum nəticəsində bir nəfərin həlak olduğunu, daha bir nəfərin isə ağır yaralandığını təsdiqləyib. Hadisə yerinə dərhal xilasetmə və tibbi yardım qrupları cəlb edilib, yaralı şəxsin yaxınlıqdakı xəstəxanalardan birinə çatdırıldığı bildirilir. İsrail tərəfi hələlik hadisə ilə bağlı rəsmi məlumat verməyib.
