backend

Kəlbəcərdə 27 ailəyə mənzillərinin açarları verildi – FOTOLAR

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

Referans Media xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə – 112 nəfər köçürülüb. Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələr yeni tikilmiş binalarda mənzillərlə təmin olunub.

 

Kəlbəcərdə 27 ailəyə mənzillərinin açarları verildi - FOTOLAR Kəlbəcərdə 27 ailəyə mənzillərinin açarları verildi - FOTOLAR


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki